Aktrisa Afra Saraçoğlu və aktyor Mert Ramazan Demirin eşq yaşadığı bu yay təsdiqlənmiş, birlikdə tətilə yollanan cütlük paparassilər tərəfindən görüntülənmişdi.
Axşam.az xəbər verir ki, cütlüyün ayrıldığı ortaya çıxıb. Afra ilə Mertin yaxınları onların ayrılıq qərarı aldığını açıqlayıb.
Bu günlərdə İstanbulda alış-veriş edərkən görüntülənən Afra avqustun 15-də "Yalı çapkını"nın yeni mövsüm çəkilişlərinin başlayacağını deyib. O, şəxsi həyatı ilə bağlı sualları isə cavabsız qoyub.
Qeyd edək ki, ikili haqqında eşq iddiaları çıxandan sonra aktyor Mert Yazıcıoğlu Afra ilə 4 illik münasibətlərini sonlandırmışdı. Aktyor bundan sonra aktrisa Dilan Çiçek Deniz ilə münasibətə başlayıb. Onlar birlikdə "Yalı çapkını" serialında rol alırlar.