Türkiyəli aktrisa Hande Erçəlin "Laverne" ətir markasının reklam çəkilişindən alacağı qonorar bəlli olub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa brendlə 1 illik müqaviləsi qarşılığında 7 milyon lirə məvacib əldə edəcək.
Qeyd edək ki, markanın daha öncəki siması futbolçu Kristiano Ronaldonun həyat yoldaşı Corcina Rodrigez idi.