Braziliyalı aktrisa Lea Qarsiya vəfat edib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Braziliyanın "Trofeu Oscarito" film festivalına gedən 91 yaşlı aktrisa özünü pis hiss edib. Həkimlərin səyinə baxmayaraq Lea infarktdan dünyasını dəyişib.
Qeyd edək ki, “Klon” və “Kölə İzaura” serialı ilə məşhurlaşan Lea Qarsia 100-dən çox layihədə rol alıb. O, 1959-cu ildə "Qara Orfey" filmində baş rolu oynayıb və ekran işi "Ən yaxşı xarici film" nominasiyasında "Oskar", Kannda "Qızıl Palma" və "Ən yaxşı xarici film" nominasiyasında "Qızıl Qlobus" mükafatlarını qazanıb.