Hekayəsinin hüquqlarını tələbəyə 1 dollara satıbmış

Hekayəsinin hüquqlarını tələbəyə 1 dollara satıbmış
436 dəfə oxunub
  • A-
  • A
  • A+

Qorxu janrında yazdığı romanlarla məşhurlaşan amerikalı yazar Stiven Kinq haqqında maraqlı detay ortaya çıxıb.

Axşam.az xəbər verir ki, yazar hekayəsinin hüquqlarını Özbəkistandan olan tələbəyə 1 dollara satıb. Söhbət Stivenin “Əl sıxmayan adam” povestindən gedir. Ssenarini Sergey Gerasimov adına Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutunun Daşkənd filialının tələbəsi Gülnarə İvanova alaraq əsər əsasında film çəkib.

Qızın dediyinə görə, o, Kinqin namizəd rejissorlara əsərlərindən istifadə etmək imkanı verdiyi "Dollar Baby" proqramında iştirak edib. Onun filmi Malayziyada keçirilən Nitiin Beynəlxalq Film Festivalının ən yaxşı triller nominasiyası üzrə qalibi olub.

Kinqin hekayəsi toxunduğu hər kəsin öldüyü üçün insanlarla əl sıxmaqdan imtina edən Henri Brauer obrazından bəhs edir.