Əri pul verməyəcəyi təqdirdə Britni Spirsi ifşa etməklə hədələyir

Əri pul verməyəcəyi təqdirdə Britni Spirsi ifşa etməklə hədələyir
764 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, adını River Red olaraq dəyişdirən müğənni Britni Spirs bir illik evliliyindən sonra əri Sem Asqaridən boşanmaq qərarı alıb.

Axşam.az xəbər verir ki, iddiaların ardından ikili ilə bağlı yeni məlumatlar yayılmağa başlayıb. Belə ki, həyat yoldaşı nikah müqaviləsində göstəriləndən artıq pul verməyəcəyi təqdirdə ifaçının sirlərini aşkarlayacağını bildirib. 

Bu barədə “Page Six” öz mənbəsinə istinadən məlumat yayıb.

"Asqari müqavilədən imtinanı müzakirə etməyi istəyir. Ödənişi olmasa, Britni haqqında inanılmaz dərəcədə biabırçı məlumatları yayacağı ilə bağlı onu hədələyir" deyə, iddiada bildirilir.

Akerinin nə qədər pul istədiyi hələlik məlum deyil.

Yayılan şayiələrlə bağlı tərəflər hər hansı münasibət bildirməyiblər. 

Qeyd edək ki, Britni və Akeri 2022-ci ilin iyununda evləniblər. Britni ilə həyat yoldaşının arasında bir müddət əvvəl də ciddi mübahisə düşmüşdü. Müğənni Semə yumruqla hücum etmişdi.