Türkiyədə yayımlanan "Aldatmak" serialına yeni aktrisa daxil olacaq.
Axşam.az xəbər verir ki, ekran işində aktrisa Alize Gördüm çəkiləcək. Aktrisa "Selin"in bacısı "Azra" obrazına həyat verəcək.
Qeyd edək ki, serialın baş rollarını Vahide Perçin, Ercan Kesal, Mustafa Uğurlu, Cem Bender kimi məşhur simalar canlandırır.
Alize həm də Vahide ilə aktyor Altan Gördümün qızıdır.
