Dünyaca məşhur amerikalı pop müğənnisi Doja Cat müvəqqəti olaraq sənətinə fasilə vermək istədiyini açıqlayıb.
Axşam.az xəbər verir ki, reper "Harper"ə müsahibəsində filmdə rol almaq istədiyini bildirib.
"Musiqini tərk edib bir müddət aktyorluqla məşğul olmaq istərdim. Komediya və döyüş janrında olan filmləri sevirəm. Döyüş sənətini öyrənmək və Con Uik kimi bir filmə çəkilmək arzusundayam" deyə, Doja vurğulayıb.