Sonuncu dəfə "Yasak elma" serialında rol alan aktrisa Biran Damla Yılmazın yeni layihəsi bəlli olub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa "Həyatla Barış" filmində baş rolu canlandıracaq.
O, layihədə "Hayat" obrazına həyat verəcək. Onun tərəf müqabili isə Taner Ölmez olacaq.
Qeyd edək ki, aktrisa "Hüdutsuz sevda" serialında da oynayacaq.