Xəbər verdiyimiz kimi, türkiyəli fenomen Şeyma Subaşı misirli həyat yoldaşı Mohammed Alsaloussidən boşanıb.
Axşam.az-ın məlumatına görə, fenomen boşanan kimi eks-həyat yoldaşı ilə olan bütün şəkillərini sosial media hesabından silib. Bundan başqa, Şeyma instaqram hesabında "Alsaloussi" soyadını da götürüb.
Qeyd edək ki, Şeyma və Mohammed mayda ailə qurub. Onlar üç gün, üç gecə toy etmişdi. İkili məhkəməyə təqdim etdikləri sənədlərdə aralarında sevgi bağının olmadığını və bir-birilərindən təzminat tələb etmədiklərini vurğulayıblar.
Şeymanın hazırda iş adamı Burak Ateşlə münasibətdə olduğu iddia edilir.
