Məşhur cütlük boşanır

Məşhur cütlük boşanır
819 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzları Coşua Cekson və Codi Törner-Smit boşanır.

Axşam.az xəbər verir ki, ayrılıq qərarını 37 yaşlı aktrisa alıb. O, 45 yaşlı həyat yoldaşından boşanmaq üçün Los-Anceles Ali Məhkəməsinə müraciət edib. Codi üç yaşlı qızının birgə qəyyumluğunu istəyib.

Boşanmaya dəqiq nəyin səbəb olduğu məlum deyil. 

Qeyd edək ki, 2018-ci ildə tanış olan cütlük 2019-cı ildə evlənib. Elə həmin il onların övladları dünyaya gəlib.