"Tesla" və "SpaceX" şirkətlərinin sahibi, 2022-ci ildən tvitterə rəhbərlik edən amerikalı milyarder İlon Mask "Forbes" jurnalının hər il tərtib etdiyi 400 ən varlı ABŞ vətəndaşı siyahısında yenidən lider olub.
Axşam.az xəbər verir ki, jurnal hazırda Maskın sərvətini 251 milyard dollar dəyərində qiymətləndirib.
İkinci yerdə 161 milyard dollar sərvətlə “Amazon” şirkətinin təsisçisi Ceff Bezos, üçüncü pillədə isə 158 milyard dollarla İT şirkəti “Oracle”ın qurucusu Larri Ellisson qərarlaşıb.