Qızının ayaqqabılarını ocağa, oğlunun yatağını isə hovuza atıb

Qızının ayaqqabılarını ocağa, oğlunun yatağını isə hovuza atıb
1652 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Arnold Şvartseneqqer "Cimmy Kimmel Live" şousunun qonağı olub.

Axşam.az xəbər verir ki, aktyor müsahibəsində övladları ilə münasibətindən söz açıb:

"Uşaqlarıma dedim ki, hər şeyi özünüz etməlisiniz: yataqları yığmalı, hamam və tualeti özləri təmizləməli, paltarlarını yumalıdırlar.

Bir gün uşaqların otağına daxil oldum və gördüm ki, Patrikin çarpayısı o qədər mükəmməl düzəldilib ki... Ona baxdım və soruşdum, “Patrik, bunu sən etmisən?” O dedi: “Xeyr, bacarmadım”. Sən demə özü bacarmadığı üçün dayəsindən xahiş edibmiş. Döşəyi tutdum, pəncərələri açıb onları eyvandan hovuza atdım".

O, bildirib ki, oxşar hadisə iki dəfə ayaqqabılarını yerinə qoymayan qızı Ketrinlə də baş verib. Arnold etiraf edib ki, o, əsəbiləşərək qızının ayaqqabılarını ocağa atıb.

Qeyd edək ki, Arnold 1987-ci ildə Maria Şrayver ilə ailə həyatı qurub. Aktyorun Mariadan 4 övladı - Ketrin (32 yaş), Kristina (30 yaş), Patrik (28 yaş) və Kristofer (24) var. Bundan başqa, onun evli olarkən qulluqçusu Petti Baena ilə qeyr-rəsmi münasibətindən dünyaya gələn Cozef Baen adlı övladı var.