Keçmiş birinci xanım xərçəngdən əziyyət çəkirmiş

Keçmiş birinci xanım xərçəngdən əziyyət çəkirmiş
2087 dəfə oxunub
  • A-
  • A
  • A+

Fransanın keçmiş birinci xanımı, model-müğənni Karla Bruni xərçəng xəstəliyindən əziyyət çəkdiyini açıqlayıb.

Axşam.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edən 56 yaşlı Karla 2019-cu ildə ona döş xərçəngi diaqnozu qoyulduğunu bildirib.

O, xəstəliyin öhdəsindən gəlmək üçün əməliyyat olunduğunu və radioterapiyadan keçdiyini, müalicənin vaxtında aparıldığını vurğulayıb.

Karla xərçəngin aqressiv mərhələyə keçmədiyini bildirib.