Rusiyanın Xalq artisti Nataliya Koroleva vəfat edib.
Axşam.az xəbər verir ki, aktrisa 75 yaşında dünyasını dəyişib. Bildirilib ki, qastrola hazırlaşan Korolevanın qəfil ölümünün səbəbi bəlli deyil.
Qeyd edək ki, o, "Dərinliklərdə", "Əylən, qaradərili qız", "Kral Edip" kimi ekran işlərində rol alıb. Aktrisa teatr sənətinin inkişafında müstəsna xidmətlərinə görə “Qızıl maska” mükafatına layiq görülüb.