Türkiyəli aktyor Tayanç Ayaydının yeni layihəsi bəlli olub.
Axşam.az xəbər verir ki, aktyor "Yabani" serialında rol alacaq. O, 7-ci bölümdən etibarən "Güven" obrazı ilə izləyicilərin qarşısında çıxacaq.
Qeyd edək ki, Tayanç son olaraq "Ömer"də rol alıb. O, "Erdal" rolunu canlandırırdı.
Son statistikaya əsasən, "Yabani" hazırda Kıvanç Tatlıtuğ və Serenay Sarıkayanın baş rollarını ifa etdiyi "Aile"ni geridə qoyub.
