Əlixan Səmədov Malaxova balaban hədiyyə etdi - Video

Əlixan Səmədov Malaxova balaban hədiyyə etdi - Video
938 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Əlixan Səmədov Rusiyanın “Rossiya 1” telekanalında aparıcı Andrey Malaxovun təqdimatında yayımlanan “Привет, Андрей!” verilişində qonaq olub.

Axşam.az xəbər verir ki, Ə.Səmədov proqramda bəstəkar Ələkbər Tağıyevin “Sən gəlməz oldun” mahnısını Azərbaycanın milli musiqi aləti balabanda ifa edib.

O, daha sonra Malaxova balaban hədiyyə edib və "Çətin deyil, siz onda ifa edə bilərsiniz" - deyə, bildirib.

Sənətkar həmçinin balabanda dahi musiqiçi Rəşid Behbudovun "Mən bir qızla tanış oldum" mahnısını səsləndirib. Bu zaman studiyadakı qonaqlar sözügedən mahnını ifa ediblər.