Hiss bu dəfə "Dilək" oxudu - Video

Hiss bu dəfə "Dilək" oxudu - Video
750 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Hiss "Dilək" adlı yeni mahnısını və ona çəkilən klipini təqdim edib.

Axşam.az xəbər verir ki, payız ab-havalı mahnının sözləri və musiqisi  Kənan Əhmədzadəyə, aranjimanı isə Nihad Məlikova məxsusdur. Çəkilişləri dəniz kənarında baş tutan klipin rejissorluğunu Elgün Cəfərov edib.

"Düşünürəm ki, bu mahnımda digərləri kimi seviləcək. İnsanların musiqi zövqünü oxşayacaq. Tam da payız ruhunu əks etdirən bir iş oldu. Elə çəkilişlərini də bir günə həll etdik" deyə, Hiss qeyd edib.

Ekran işində monoton sevgidən bəhs olunur.

Qeyd edək ki, mahnı bütün musiqi platformalarında, klip isə sənətçinin "YouTube" kanalında yayımlanıb.