Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə təntənəli konsert proqramı keçirilir.
Axşam.az APA-ya istinadən xəbər verir ki, Dənizkənarı Bulvar ərazisində keçirilən konsertdə hərbi orkestrla yanaşı, ölkənin tanınmış musiqiçiləri, rəqs qrupları rəngarəng repertuarla çıxış edirlər.
Proqramın sonunda möhtəşəm atəşfəşanlığın olacağı gözlənilir.