"Harri Potter"də canlandırdığı obrazla məşhurlaşan aktrisa Emma Uotson Britaniyanın "Vogue" jurnalının üz qabığında yer alıb.
Axşam.az xəbər verir ki, uzun zamandır ekranlarda olmayan Uotson nəşrə müsahibəsində aktrisalıq karyerasını dayandırdığı üçün necə xoşbəxt olduğundan danışıb.
"Bu sənətdən imtina etdiyim üçün çox şadam. Öz səsimə, yaradıcılıq sahəsinə və əvvəllər olmadığı qədər azadlığa sahib olduğumu hiss edirəm. İşləri öz axarına buraxdığım üçün çox şadam. Bundan sonra olacaqları bilməməyim məni sevindirir. Bunu heç nəyə dəyişməzdim" deyə, o, bildirib.