"Avroviziya 2024" səhnəsi belə olacaq - Fotolar

"Avroviziya 2024" səhnəsi belə olacaq - Fotolar
497 dəfə oxunub
  • A-
  • A
  • A+

"Avroviziya 2024"ün keçiriləcəyi məkanda artıq səhnə hazırlanıb. 

Axşam.az xəbər verir ki, İsveçin Malmö şəhərində keçiriləcək beynəlxalq yarışmada səhnə görüntüləri yayılıb. "SVT" yayım şirkətinin yaydığı fotolarda səhnə dekorunda LED kublar, LED döşəmələr, yüksək təsirli işıqlandırma, video və səhnə texnologiyası əks olunub.

Səhnənin xaç formasında olması isə diqqətdən qaçmayıb. Səhnə mavi və çəhrayı işıqlarla işıqlandırılıb. 

Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 may 2024-cü ildə planlaşdırılıb. 

Hazırda ölkəmizi təmsil etmək üçün 6 iştirakçı mübarizə aparırı. Onlar Emy Lia (Emiliya Yaqubova), Mila Miles-İlkin Dövlətov-Etibar Əsədli, Aisel (Aysel Məmmədova), Fahree, Qorqud və Səbinə Quluzadədir.