Selena Qomez məşhur jurnalın üz qabığında - Fotolar

Selena Qomez məşhur jurnalın üz qabığında - Fotolar
780 dəfə oxunub
  • A-
  • A
  • A+

31 yaşlı məşhur müğənni aktrisa Selena Qomez “Vogue” jurnalının Meksika versiyasının yanvar sayının üz qabığında yer alıb.

Axşam.az xəbər verir ki, o, fotoqraf Maykl Beyli-Qeytsin kamerası qarşısına keçərək pozlar verib.

"Gənc yaşda tanındığınız zaman bu, zehni inkişafınıza bir az mane ola bilər. Düşünürəm ki, bu, bir müddət mənim böyüməmi ləngitdi" deyə, Selena erkən yaşlarda məşhurlaşmanın çətin olduğunu deyib.

Selena səbirsizliklə ana olmaq istədiyini açıqlayıb:

"Gözlədiyim bir şey var, o da ana olmaq. Bu, həyatımın əsas məqsədidir. Ancaq tezliklə deyil".