Azərbaycan filmi Avrasiya Kino Festivalında - Fotolar

Azərbaycan filmi Avrasiya Kino Festivalında - Fotolar
471 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə milli kino sənətimiz 1-ci Avrasiya Kino Festivalında təmsil olunub.

Axşam.az xəbər verir ki, dekabrın 20-22-də Busan şəhərində keçirilmiş festivalda Azərbaycan Respublikasının Kino Agentliyinin təqdimatı ilə tanınmış kinorejissor, Xalq artisti Oqtay Mirqasımovun “Qisas almadan ölmə. Keçmişdən məktublar” bədii filmi nümayiş etdirilib.

Dünya səviyyəli film festivallarının keçirildiyi Busan Kino Mərkəzində təşkil edilmiş 1-ci Avrasiya Kino Festivalının açılış mərasimində çıxış edən Mərkəzin rəhbəri Kim Cin-hae festivalın hər il keçirilməsinin planlaşdırıldığını deyib.

Festivalın iştirakçı ölkələrinin Koreya Respublikasındakı diplomatik missiyalarının təmsilçilərinin də qatıldığı tədbirdə Azərbaycan səfirliyinin birinci katibi Vüqar Qafarov çıxış edərək “Qisas almadan ölmə. Keçmişdən məktublar” bədii filminin Azərbaycanın multikulturalizm və tolerantlıq mühitini parlaq şəkildə canlandırdığını diqqətə çatdırıb.