Xəbər verdiyimiz kimi, "FOX TV"də yayımlanan "Kızıl goncalar" serialı "RTÜK" (Türkiyədə Radio və Televiziya Ali Şurası) tərəfindən cəzalandırılıb.
Axşam.az-ın məlumatına görə, qərara əsasən, yanvarın 8-də yayımlanmalı olan 3-cü və növbəti həftədəki bölümün yerinə sənədli film efirə gedib. Telekanal qərarla bağlı məhkəməyə müraciət etsə də, ötən gün serialın yerinə qrumun müvafiq sənədli filmi izləyicilərə təqdim olunub. Bu isə həm izləyicilər, həm də bir çox digər serialların aktyor və aktrisaları tərəfindən tənqidlə qarşılanıb.
"Yarqı" serialının baş rol ifaçıları Kaan Urgancıoğlu ilə Pınar Deniz "RTÜK"ün bu addımını qınayıblar.
Qeyd edək ki, serialın baş rollarını Özgü Namalla Özcan Dəniz canlandırır. Həmçinin, serial 9 milyon lirə (təxminən 511 min manat) cərimələnib.