Könül Xasıyevanın "Röyamdasan" gecəsi baş tutdu - Fotolar

Könül Xasıyevanın "Röyamdasan" gecəsi baş tutdu - Fotolar
1956 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Könül Xasıyevanın "Röyamdasan" adlı solo konserti baş tutub. 

Axşam.az xəbər verir ki, tədbir ötən gün Heydər Əliyev Sarayında gerçəkləşib. Xanəndə gecədə ilk olaraq şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla anıb. 

Xasıyeva daha sonra bir neçə gün əvvəl dünyasını dəyişən mərhum Əməkdar artist Aygün Bəylərdən danışaraq, onu xatırlayıb. 

Bir-birinin ardınca canlı ifalar təqdim edən müğənninin tələbələri də tək qoymayıb. Xasıyeva onlarla birlikdə tamaşaçılara mahnılarını təqdim edib. 

Onu dinləməyə gələnlər arasında şəhid ailələri, qazilər də yer alıblar.

Foto: Ramin Aslanov, İlqam Cəbiyev