Xəbər verdiyimiz kimi, Xalq artisti Nəzakət Teymurova uzun fasilədən sonra "Leyli" obrazı ilə yenidən səhnəyə çıxıb.
Axşam.az-ın məlumatına görə, xanəndə təəssüratlarını izləyiciləri ilə bölüşüb.
"Yenə öz dəryamda idim. Operada böyüdüm. Opera səhnəsinin tozu ilə qidalandım. Mənə bu sənətin zirvəsini göstərdi opera səhnəsi. 6 il aradan sonra yenidən öz dünyama qovuşdum. Öz doğma səhnəmə qovuşdum. 6 ildən sonra Leylinin libasın üstümə geyindim, ruhunu ruhuma hopdurdum. Səhnədə Leylinin segahının ahı ilə etiraz etdim 6 illik ayrılığa. Sabir Rüstəmxanlı demişkən, “Od nə çəkdi, küldən soruş”… Opera və Balet Teatrının direktoru, əsl sənətkar Yusif Eyvazova öz və pərəstişkarlarımın şükranını çatdırıram. Verdiyiniz dəyərə görə minnətdaram" deyə, N.Teymurova bildirib.
Xanəndə səhnənu həmkarı Mənsum İbrahimovla bölüşüb.