Yeni Kral o oldu - 900 illik tarixdə ilk yaşandı

Yeni Kral o oldu - 900 illik tarixdə ilk yaşandı
1886 dəfə oxunub
  • A-
  • A
  • A+

Şahzadə Fridrix X yanvarın 14-də anası Kraliça II Marqretin taxtdan imtina etməsinin ardından Danimarkanın rəsmi kralı olub.

Axşam.az xəbər verir ki, Kopenhagendə hakimiyyətin təhvil verilməsi ilə əlaqədar mərasim keçirilib. Kral Frederik X rekord qıran 52 illik hakimiyyətdən sonra taxtdan imtina edən anası Kraliça II Marqretdən sonra Danimarka taxtına çıxıb.

Baş nazir Mette Frederiksen Kopenhagendəki Kristiansborq sarayının eyvanında vəliəhd şahzadəni Danimarkanın yeni kralı elan edib. Onun həyat yoldaşı Kraliça Meri və dörd övladı - 18 yaşlı vəliəhd Kristian, 16 yaşlı şahzadə İzabella və 13 yaşlı əkizlər Şahzadə Cozefina və Şahzadə Vinsent də izdihamı salamlamağa eyvana çıxıblar.

Qeyd edək ki, 1972-ci il yanvarın 14-dən ölkəyə rəhbərlik edən 83 yaşlı kraliça II Marqret təxminən 900 il ərzində öz tacından könüllü olaraq imtina edən ilk Danimarka monarxı olub. O, gözlənilmədən 2024-cü il yanvarın 14-dən etibarən yeni il müraciətində taxtdan imtina etdiyini açıqlayıb. Ötən ilin əvvəlində belindən olduğu əməliyyat onu ölkənin gələcəyi üçün hakimiyyəti oğluna təhvil verməsi barədə düşünməyə vadar edib.