90 yaşlı aktrisa gənc qalmağının sirrini açıqladı

90 yaşlı aktrisa gənc qalmağının sirrini açıqladı
1488 dəfə oxunub
  • A-
  • A
  • A+

75-ci "Emmy" mükafatlandırma mərasimində səhnəyə çıxan 90 yaşlı əfsanəvi aktrisa Coan Kollinz görünüşü ilə hər kəsi təəccübləndirib.

Axşam.az xəbər verir ki, "Hollivudun qızıl dövrü" kimi tanınan dövrün sağ qalan azsaylı ulduzlarından biri olan Coan qocalmasına baxmayaraq gənc və enerjili görünüşü ilə hər kəsi bir daha heyran edib.

Mərasimə parıldayan mavi libas və atlas əlcəklərlə qatılan aktrisa səhnəyə çıxanda zaldakı tamaşaçılar alqışlarla qarşılayıb. Kollinsi görənlər gözlərinə inanmayıb və görünüşü sosial şəbəkədə paylaşıblar. Aktrisa "Məncə, önəmli olan yaşın deyil, necə göründüyün, hiss etdiyin və necə davrandığındır" sözlərini deyib.

İllərdir zərərli yeməklərdən uzaq qalan Kollinz gənc görünüşünü balanslaşdırılmış qidalanma ilə əlaqələndirir. O, "Avokado yeməyin çox faydalı olduğuna inanıram" deyib və həmçinin Vitamin C, E və Omega qəbul edir. Coan Kollinz deyir ki, özünü yeməkdən məhrum etmir və boşqabının yarısını bitirdikdən sonra süfrəni tərk edir. O vurğulayıb ki, başqa bir vacib addım özünü günəşdən qorumaqdır. Məşhur aktrisa 20 yaşından günəşə çıxmaqdan çəkindiyini deyib.

"Bütün böyük tədbirlərdən əvvəl və uçuşlardan sonra bir qab buz və pambıq topları götürürəm, onları soyudub və gözümün üstünə qoyuram, sonra beş dəqiqə uzanıram. Bu, şişkinliyi azaldır və gözləri təravətləndirir" deyə, o, əlavə edib. 

Coan özündən 32 yaş kiçik olan və həmişə haqqında danışdığı 5-ci əri Persi Qibson gecə boyu ulduz aktrisanı bir an belə tək qoymayıb.