Son günlər dəb olan süni intelekt vasitəsilə foto hazırlamaq ənənəsinə bu dəfə müğənni Ayan Babakişiyeva, rəqqasə Oksana Rəsulova və aparıcı Kəmalə Piriyeva qoşulub.
Axşam.az xəbər verir ki, məşhur xanımlar ağ-qara fotolarını instaqram hesabında yayımlayıblar.
Kəmalə 1930-cu illəri xatırladan fotolarına "Yüz il əvvəl də gələ bilərdim" sözlərini yazıb.
Ayan isə şəkillərini "Heç vaxt arxana baxma. Sindrella ayaqqabısını almaq üçün qayıtsaydı, şahzadə olmazdı" sözləri ilə yayımlayıb.
Oksana isə şəkillərinə Lev Tolstoyun "Sənət xeyirlə şəri fərqləndirmək, yaxşını tanımaq vasitəsidir" sitatını yazıb.