Parisdə yüksək moda həftəsi başlayıb.
Axşam.az xəbər verir ki, "Schiaparelli" moda evi ilk dəfə yeni kolleksiyasını təqdim edib.
Moda nümayişinin ön cərgəsində yer alan qonaqlar arasında Cennifer Lopez, Zendaya, Hanter Şafer və digərləri olub. Modellər İrina Şeyk, Karli Kloss, Meqqi Maurer və başqaları isə podiuma çıxıblar.