Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyi qeyd olunub

Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyi qeyd olunub
436 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli ictimai-siyasi və dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr olunmuş “M.Ə.Rəsulzadə irsi Azərbaycanın mədəni və ictimai fikir tarixində” adlı tədbir keçirilib.

Axşam.az xəbər verir ki, tədbirdə Əməkdar rəssam Rais Rəsulzadə və tarix elmləri doktoru, professor Solmaz Rüstəmova – Tohidi əsas məruzəçi qismində çıxış ediblər.

M.Ə.Rəsulzadənin nəvəsi, onun ailə irsinin davamçısı olan Rais Rəsulzadə babası haqqında fikirlərini bölüşərək, eyni zamanda tədbirdə nümayiş olunan muzeyin kolleksiyasına aid Xalq rəssamları Kamil Əliyev və Oqtay Sadıqzadənin M.Ə.Rəsulzadəyə həsr olunmuş portretlərindən bəhs edib.