Dünyaca məşhur müğənni Cesika Simpson "Grammy" mükafatlandırma gecəsinə geyindiyi libasla diqqət çəkib.
Axşam.az xəbər verir ki, gecəyə qırmızı dekolteli libas geyinən sənətçi azərbaycanlı modelyer Rüfət İsmayılın kolleksiyasına müraciət edib.
Maraqlısı isə odur ki, sözügedən paltardan Xalq artisti Aygün Kazımova da geyinib. Pop diva ötən ilin noyabrında qatıldığı tədbirdən birində istifadə etdiyi paltarı əlcəklə tamamlayıb.
Cessika da paltarı fərqli, tül əlcəklə istifadə edib. O, eyni zamanda geyim üçün aksessuar seçərkən eyni parçadan hazırlanan boyunbağı taxıb.