Tanımadığı şəxs hər gün qapısına hədiyyələr qoyur

Tanımadığı şəxs hər gün qapısına hədiyyələr qoyur
1936 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyada məşhurlaşan bloger Hüseyn Həsənov maraqlı hadisə ilə qarşılaşıb. 

Axşam.az xəbər verir ki, o, paylaşım edərək bir neçə gündür bir şəxsin onun qapısına gül və digər hədiyyələr qoyduğunu yazıb. 

Ötən gün isə kimliyi məlum olmayan şəxs məktub, çiçək və şokoladlar qoyaraq, məktub yazıb. Məlum olub ki, Mayk adlı şəxs hədiyyələri Hüseynə yox, orada yaşadığını düşündüyü Miranda adlı xanıma göndərirmiş. 

Hüseyn isə qapıya kağız yapışdıraraq, üzərinə "Miranda burada yaşamır" sözlərini yazıb.