Ölkəmizdə keçirilən növbədənkənar Prezident seçkiləri hər kəsin sevincinə səbəb olub. Bu sevinci hərə bir cür yaşayır.
Axşam.az xəbər verir ki, iş adamı, “QAYO” şirkətinin rəhbəri Anar Qəhrəmanov isə bu sevincini daha fərqli izhar edib. Öz doğum günündə bizə qələbə sevinci yaşadan, qanı bahasına torpağı Vətən edən şəhidlərimizin məzarını ailə üzvləri ilə ziyarət edib. Sonra isə bir qrup şəhid ailəsi ilə birgə qalib liderin yenidən prezident seçilməsi münasibətilə bir araya gəlib.
"Mənim doğum günüm Laçının alınması günü idi. Həmin tarixdə yenidən dünyaya gəldim. Ona görə də bu özəl günümü mənə bu xoşbəxtliyi yaşadan oğullarımızın ailələri ilə keçirtmək istədim. Çünki anam mənə bu həyatı, onların övladları isə doğulduğum ata-baba yurdunu verdilər. Hər birinin qarşısında baş əyir, əllərindən öpürəm" deyə, iş adamı bildirib.