Ən yaxşıları seçmək üçün toplaşdılar - Fotolar

Ən yaxşıları seçmək üçün toplaşdılar - Fotolar
441 dəfə oxunub
  • A-
  • A
  • A+

Fevralın 10-da Kaliforniyanın Beverli Hills şəhərində 76-cı Rejissorlar Gildiyasının Mükafatlarının təqdimetmə mərasimi keçirilib.

Axşam.az xəbər verir ki, tədbirdə Emma Stoun, Eva Lonqoriya, Rouz Birn, Rayan Qoslinq, Mett Bomer, Helen Mirren və onun həyat yoldaşı Taylor Hekford, Sillian Merfi, Devid Duxovni, Nikolay Koster-Valdau və digər kino ulduzları iştirak ediblər.

Gecədə Kristofer Nolan "Oppenheimer" filminin rejissoru kimi karyerasında ilk "Amerika Rejissorlar Gildiyası" mükafatını qazanıb.

Selin Sonq "Keçmiş Yaşamlar" filmi ilə "Ən yaxşı debüt filmi" kateqoriyasında mükafata layiq görülüb. Ukraynalı rejissor Mstislav Çernovun "Mariupolda 20 gün"ü isə sənədli film kateqoriyasında qalib olub.