“Manqurt” Lənkəranda nümayiş olunub - Fotolar

“Manqurt” Lənkəranda nümayiş olunub - Fotolar
582 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət Nazirliyi regionlara təşkil olunan qastrol səfərləri davam edir.

Axşam.az xəbər verir ki,  Akademik Milli Dram Teatrının “Manqurt” tamaşası qastrol səfərləri çərçivəsində Lənkəran Dövlət Dram Teatrında nümayiş olunub.

Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Anar Babalı, rejissoru İzamə Babayeva, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.

Birhissəli epik rəvayət olan səhnə əsərində əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, Tural İbrahimov, Firuzə Balayeva, Elsevər Rəhimov iştirak edirlər.