Düz 5 mahnısı ilk onluqdadır

Düz 5 mahnısı ilk onluqdadır
932 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Aygün Kazımova "Azerbaijan Apple Music Top Songs 100"dəki liderliyini qorumağa davam edir. 

Axşam.az xəbər verir ki, Pop divanın 7 mahnısı ən çox dinlənənlər sırasında yer alıb. Bununla yanaşı müğənninin düz beş mahnısı ilk onluqdadır.

Siyahıda "Bilmək olmaz" birinci, "Parol" ikinci, "Vəfasızlar unudulmur" üçüncüdür. Top 10-nun 9-cu pilləsində "Qorxuram", 10-cu pilləsində "Sağ-salamat" qərarlaşıb.

Bundan başqa "Azerbaijan Shazam" çartında “Bilmək olmaz” 37-ci, “Sağ-salamat” 102-ci pillədə, "Azerbaijan Yandex Music"də "Bilmək olmaz" ikinci, "Parol" üç, "Sağ-salamat" dördüncüdür. "Qorxuram", "Vəfasızlar unudulmur", "Çalxala", "Ehtiyacım var", "Bağlanıram" da siyahıda yer alıb.

Kazımovanın illər əvvəl təqdim etdiyi albomlar da "Azerbaijan Apple Music Top 100 Albums" da ilk sıralardadır.