44 yaşlı rusiyalı aparıcı, aktrisa və model Viktoriya Bonya azərbaycanlı sevgilisindən ayrılıb.
Axşam.az xəbər verir ki, o, uzun müddətdir 31 yaşlı iş adamı Ruslan Həsənovla eşq yaşayırdı. Bonya ayrılıq xəbərini özü yayıb. "Biz artıq bir yerdə deyilik" deyə, model bildirib. O qeyd edib ki, ayrılsalar da, dost kimi münasibətləri yaxşıdır:
"Əminəm ki, bu uzun və gözəl həyatda taleyin bizi bir araya gətirdiyinə həmişə şad olacağıq. Şübhəsiz ki, bir-birimizdən çox şey öyrəndik. Ancaq həyatımın bu nöqtəsində görürəm ki, bu yolu ayrı-ayrılıqda daha da irəli getməyim daha yaxşıdır".
Bir müddət əvvəl Viktoriya ilə Azərbaycan adət-ənənələrinə uyğun toy planı qurduğunu deyən Ruslan ayırlıq haqda suallara "Ayrıldıq, ayrıldıq, belə də olur" cavabını verib.