Mehin hər kəsi belə "Sus"durdu - Video

Mehin hər kəsi belə "Sus"durdu - Video
1789 dəfə oxunub
  • A-
  • A
  • A+

İstedadlı ifaçı Mehin Hümbətova 2024-cü ildə  ilk layihəsini təqdim edib. 

Axşam.az xəbər verir ki, müğənni İstanbulun Cihangir küçəsində lentə alınan "Sus" adlı yeni mahnı və klipini izləyicilərin ixtiyarına verib.

Kliplə yanaşı M.Hümbətova yeni fotosessiyasını da təqdim edib. İfaçının qlamur fotosessiyası məşhur türk fotoqraf Alper Deniz tərəfindən lentə alınıb.

Ekran işi üzərində Türkiyədən olan 25 nəfərlik peşəkar komanda çalışıb. Bütün geyimlər və aksessuarlar xüsusi olaraq hazırlanıb.

Mahnının söz və musiqisi Rzzaya məxsusdur. Ekran işinin rejissoru Ahmet Can Tekin, operatoru isə Can Doludur. Layihənin prodüseri Vüqar Hüsiyevdir.

Mahnı və klip Mehin Hümbətovanın yutub kanalında və bütün rəqəmsal platformalarda yerləşdirilib.