“Yer Üzünün Günəşidir Xeyirxahlıq” adlı tədbir keçirilib - Fotolar

“Yer Üzünün Günəşidir Xeyirxahlıq” adlı tədbir keçirilib - Fotolar
623 dəfə oxunub
  • A-
  • A
  • A+

Beynəlxalq Təmənnasız Xeyirxahlıq İfadəsi günü münasibətilə “Yer Üzünün Günəşidir Xeyirxahlıq” adlı tədbir keçirilib.

Axşam.az xəbər verir ki, tədbirdə millət vəkilləri, ictimaiyyət nümayəndələri, mədəniyyət işçiləri iştirak edib.

Tədbirdə çıxış edən “Liatris Holding”in baş direktoru Ruhiyyə Əliyeva çıxış edərək, uşaqlardan danışıb:

"Bugünkü tədbirin keçirilməsi mənim üçün çox həssas bir mövzudur. Çünki uşaqlar bizim gələcəyimizdir. Burada iştirak edən övladlarımızın hər biri xüsusi bir istedada sahibdir. Əminəm ki, siz gələcək həyatınızda istədiyiniz peşəyə yiyələcəksiniz. Biz də holdinq olaraq, digər təşkilatçılarla birlikdə istedadlı uşaqlara dəstək verməyə daim hazırıq. Əziz balalar, siz xoşbəxtsiniz ki, bugünkü bütöv Azərbaycanda yaşayırsınız. Sizin gələcəyiniz daha da işıqlı olacaq. Buna səmimi qəlbdən inanıram. Çünki dövlət başçımız İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban Əliyevanın diqqət və qayğısı həmişə sizin üzərinizdə olacaq. Hər birinizə uğurlar arzulayıram".

Daha sonra Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, Firidunbəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Əməkdar Mədəniyyət işçisi Şəhla Qəmbərova, Əməkdar İncəsənət xadimi Baba Vəziroğlu, millət vəkilləri Jalə Əhmədova və Ceyhun Məmmədov çıxış ediblər. 

Qeyd edək ki, tədbir "Liatris Holding"in, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin, Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin, Səssiz Ünsiyyət İcitmai Birliyinin, Firudinbəy Köçərli adına Respublika Uşaq Kitabxanasının, Azərbaycan Kitab, Maarif və Poliqrafçılar İctimai Birliyinin rəsmi tərəfdaşlığı ilə keçirilib.