"Vanity Fair" jurnalı 30-cu "Hollywood" nömrəsi üzərində işləyir.
Axşam.az xəbər verir ki, bu dəfə yeni buraxılışın baş rollarında Bredli Kuper, Natali Portman, Pedro Paskal, Kolman Dominqo, Codi Komer, Lili Qladston, Qreta Li, Çarlz Melton, DaVayn Coy Randolf, Cenna Orteqa və Barri Keogan yer alıb.
Fotosessiyanın müəllifi Qordon fon Ştaynerdir.
"Yubiley sayımız üçün 11 parlaq, fərqli ulduz seçdik. Onları Los-Ancelesdə bir araya topladıq" deyə, jurnal təqdimatda yazıb.