Aparıcı İlkin Həsəni Xətai Rayon İcra Hakimiyyətinə səslənib.
Axşam.az xəbər verir ki, o, Süleyman Vəzirov küçəsində piyada keçidində pandusların olmamasından şikayətlənib.
O, ötən ilin dekabrında təmir gedən yoldan çəkdiyi videonu və hazırda həmin ərazinin indiki halının görüntüsünü yayımlayaraq, problemin aradan qalxmadığını bildirib:
"Gözəl işlər görürsünüz. Amma bir nəfərin ağlına gəlməyib ki, burada piyada keçidlər var, ora bir pandus da düzəldək. Uşaqlı valideynlər, əlil insanlar araba ilə rahat keçə bilsin. Süleyman Vəzirov küçəsində piyada keçidlərini tamet daşlarla bəzəyən və elə o piyadaların keçidini nəzərə almayanlar: Zamanında qərar veriləndəki burada piyada keçidi olmalıdır, bəziləri yalnız yolu rəngləməklə çıxış yolu tapdılar. "Arabalı piyadalar necə keçəcək" sualı beyinlərinə gəlməyib, təəssüf".