Ölümündən bir il ötdü... - Fotolar

Ölümündən bir il ötdü... - Fotolar
1103 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Ramiz Novruzun ölümündən bir il ötüb. 

Axşam.az xəbər verir ki, aktyor ötən il fevralın 21-də uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib. Övladları R.Novruzla bağlı paylaşım edərək, onunla bağlı xatirələrini bölüşüblər.

Mərhumun aktyor oğlu Cavidan Novruz bunları qeyd edib:

"Sənsiz 1 il, ata, səsinə qurban olduğum. Həqiqətən hər şey dünən olub kimi gəlir mənə. Yatsam yuxuma girməzdi ki, 1 il səndən uzaq qalaram, səsini eşitmərəm. Hələ belə şey olmamışdı. Deyilənə görə, sabahdan yollarımız səninlə təmiz ayrılır. Amma mən belə düşünmürəm. Görüşənədək səninlə".

R.Novruzun qızı Şəfəq Novruzova isə "Bu gün həmin o gündür, ömürlük ayrıldığımız gün. Sənsiz 1 il" deyə, paylaşımında yazıb. 

Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən aktyor 67 yaşında dünyasını dəyişib. Mərhum  "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.