Vera Brejnevanın Bakı konsertində yaşananlar - Fotolar

Vera Brejnevanın Bakı konsertində yaşananlar - Fotolar
983 dəfə oxunub
  • A-
  • A
  • A+

Ukraynalı müğənni Vera Brejneva ötən gün Bakının qonağı olub.

Axşam.az xəbər verir ki, sənətçi Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib. Anşlaqla keçən gecədə Vera yeni və köhnə hit mahnılarını səsləndirib.

İfaçı "Vera Brejneva - Tur 2024!" konsert turu çərçivəsində gerçəkləşən gecədə tamaşaçılarla sphbətləri ilə də yadda qalıb. O, 7 il əvvəl Bakıda verdiyi konserti xatırlayaraq, uzun aradan sonra yenidən paytaxtımıza gəldiyi üçün xoşbəxt olduğunu vurğulayıb.

Vera bildirib ki, Bakı sevgisinin səbəbi burada hər zaman günəş olması, tərəvəzlərin dadlı olması və insanların qonaqpərvərliyidir.

Foto: Ramin Aslanov