Mövlud Süleymanlı dəfn olundu - Fotolar

Mövlud Süleymanlı dəfn olundu - Fotolar
763 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün vəfat edən Azərbaycanın Xalq yazıçısı Mövlud Süleymanlı Şamaxı rayonunun Kərkənc kəndində dəfn olunub.

Axşam.az "Report"a istinadən xəbər verir ki, mərhum öz vəsiyyətinə uyğun olaraq anasının məzarı yanında torpağa tapşırılıb.

Mərasimdə yazıçının ailə üzvləri, yaxınları, qələm dostları, ictimaiyyət və mədəniyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, bir müddət əvvəl insult keçirən M.Süleymanlı fevralın 21-də vəfat edib.