Ad gününü böyük səhnədə qeyd etdi - Fotolar+Video

Ad gününü böyük səhnədə qeyd etdi - Fotolar+Video
1717 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Lalə Məmmədova ad gününü bu il fərqli qeyd edib.

Axşam.az xəbər verir ki, müğənni həmin gün böyük konsert proqramı ilə sevənlərinin qarşısına çıxıb.

Gəncə Dövlət Filarmoniyasında baş tutan "Darıxmışam" adlı gecə iki hissədən ibarət olub. Birinci hissədə Məmmədova görkəmli bəstəkarlar Fikrət Əmirov, Niyazi, Rauf Hacıyev, Səid Rüstəmov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Arif Məlikov və digərlərinin mahnıları səslənib. Müğənnini konsertdə Xalq artisti Rəfael Bayramovun dirijorluğu ilə Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri müşayiət edib.

Tədbirin ikinci hissəsində isə sənətçi tamaşaçıların qarşısında sevilən estrada musiqilərini oxuyub. 

Konsert proqramında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki vitse-konsulu Şota Dolidze, Milli Aviasiya Akademiyası rektorunun köməkçisi, dosent Gülnarə Əhmədova və MAA əməkdaşları, Gəncə Dövlət Filarmoniyasının direktoru Ramil Qasımov, Xalq artisti Şahnaz Haşımova, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və şəhər sakinləri qonaq qismində iştirak ediblər.

Konsertdə L.Məmmədovanın stili üzərində Elnur Həsənov çalışıb. Sənətçi gecədə iki geyimdən istifadə edib.