Daha bir türk fenomen saxlanıldı

Daha bir türk fenomen saxlanıldı
1693 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli sosial media fenomeni Aleyna Dalveren saxlanılıb.

Axşam.az xəbər verir ki, fenomen lüks avtomobilin üstünə çıxaraq rəqs edib və ətrafa pul səpib. Bundan başqa, belindəki silahı çıxararaq nümayiş etdirən Aleyna həmin görüntüləri sosial media hesabında paylaşıb. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin paylaşımdan sonra Maltəpədə keçirdiyi əməliyyatla fenomeni yaxalayaraq polis bölməsinə aparıb.

Onun evində, avtomobilində və iş yerində aparılan axtarışlar zamanı 1200 dollar, 250 avro, 50 manat, 50 qrivna, pul sayan aparat, saxta mühafizə maşınına giriş kartı, qandal və rəqəmsal materiallar götürülüb.

Aleynanın çirkli pulların yuyulmasında ittiham olunaraq saxlanılan məşhur fenomen Dilan Polatla yaxın əlaqədə olduğu ortaya çıxıb.