Hindistanlı milyarder oğluna dünyanın ən bahalı toyunu edəcək

Hindistanlı milyarder oğluna dünyanın ən bahalı toyunu edəcək
2892 dəfə oxunub
  • A-
  • A
  • A+

Hindistanlı milyarder, iş adamı Mukeş Ambani 28 yaşlı oğlu üçün dünyanın ən bahalı toyunu etməyə hazırlaşır.

Axşam.az xəbər verir ki, 2018-ci ildə qızının toyu üçün 100 milyon dollar xərcləyən Ambaninin artıq müğənni Rihanna və illüziyaçı Devid Bleynlə anlaşdığı bildirilir.

Bill Qeyts, Mark Zukerberq və İvanka Tramp onun oğlu Anant və nişanlısı Radhika Merçantin toy məclisinə çağrılan qonaqlar arasındadır.

Bildirilib ki, toyda qonaqların eyni yeməyi yeməsinin qarşısını almaq üçün 2500 ayrı menyu hazırlanacaq.

Martda toydan əvvəl 3 gün davam edəcək və bir çox dünya ulduzunun yer alacağı şənlik təşkil olunacaq. Şənlik Ambaninin doğulduğu Qucarat əyalətindəki 10 milyondan çox ağacın olduğu 3000 hektarlıq bağda keçiriləcək. Ərazi Asiyanın ən böyük manqo bağı hesab olunur. Burada həm Hindistandan, həm də dünyanın bir çox yerindən gətirilən bəbirlər, pələnglər, şirlər də daxil olmaqla 2000 heyvan yaşayır.

İyulda keçirilməsi gözlənilən toyun tam təfərrüatları hələlik ictimaiyyətə açıqlanmayıb.