"Eyforiya"nın ulduzu etriaz aksiyasında saxlanıldı - Fotolar

"Eyforiya"nın ulduzu etriaz aksiyasında saxlanıldı - Fotolar
379 dəfə oxunub
  • A-
  • A
  • A+

"Eyforiya" serialının ulduzu Hanter Şefer bazar ertəsi Nyu-Yorkda Fələstinə dəstək aksiyasında saxlanılıb.

Axşam.az xəbər verir ki, bu barədə "New-York Post" nəşri məlumat yayıb.

Aktrisa digər fəallarla birlikdə Rokfeller Mərkəzindəki NBC studiyasına gəlib. Bu zaman isə ABŞ prezidenti Co Baydenin də iştirak etdiyi Set Meyersin axşam şousu çəkilirmiş. 

Etirazçılar İsrailin Qəzzanı bombalamasına son qoyulmasını tələb ediblər.

25 yaşlı aktrisa aksiyada “Bütün dünya sizi izləyir” lövhəsini tutub. Onun köynəyində isə “Elə indi atəşi dayandır” yazısı olub. Polis Şeferin qollarını qandallayaraq onu aparıb. 

Etirazlar zamanı 50 nəfərin saxlanıldığı bildirilir.

Qeyd edək ki, yanvar ayında Vaşinqtonda Fələstin tərəfdarı nümayişçilər küçələrdə yürüş edərək Ağ Evin yaxınlığındakı hasarı sökməyə cəhd etmişdilər. Nümayişçilər polisə butulka və oyuncaqlar da atıblar. Onlar Qəzzada atəşkəs tələb ediblər.