Oksana Tağıyevin filmində - Fotolar

Oksana Tağıyevin filmində - Fotolar
1396 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Oksana Rəsulova neft maqnatı, ictimai xadim, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən “Himayədar” adlı bədii filmdə rol alıb.

Axşam.az xəbər verir ki, bu barədə aktrisa sosial şəbəkədə məlumat yayıb. O, fotolar paylaşaraq çəkilişlərin tamamlandığını qeyd edib:

"Bakı Media Mərkəzinin istehsalı olan böyük mesenat və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən “Himayədar” filminin uzunmüddətli çəkilişləri bitdi. Bu filmdə mənim iştirakım da oldu. Tarixdə çox dəyərli sənəti və əxlaqı ilə yadda galan Məryam Sulkeviçin qəhrəmanını canlandırırdım. Bütün çəkiliş qrupuna təşəkkürümü bildirirəm".

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilən film ümumilikdə 8 seriyadan ibarət olacaq. Hər seriya bir saat davam edəcək.