Müğənni Ayan Babakişiyeva qızı Selena ilə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, sənətçi övladının ad günü olduğunu vurğulayıb.
Övladı ilə fotolarını yayımlayan Ayan "Mənim dünyam, ilk və son sevgim, ad günün mübarək. Nə yaxşı sən həyatımdasan. Sənə arzum çox xoşbəxt və sağlam ol. Ana üçün vacib budur. Yaşadığın dünyada Allah səni pis insanlardan qorusun. Əsl sevgimin bəhrəsi" sözlərini əlavə edib.